Tarix və siyasət: 1918-ci ildə və bugün!
Azərbaycan Prezidenti İlham Əliyevin Mayin 28-də
yaşayış kompleksinin açılışı zamana məcburi köçkünlər qarşısında Azərbaycanın
işğal edilmiş ərazilərini azad etməkdə qətiyyət göstərəcəyini və İrəvanın Ermənistana verilməsini tarixi səhv
olduğunu qeyd etməsi həmkarım, tanınmış tarixçi Professor Solmaz
Rüstamova-Tohidinin dərin tarixi düşüncələri ilə feysbukda bölüşməsinə səbəb
oldu. Növbəti dərin tarixi təhlil üçün gözəl tarixçi və publisist Solmaz xanıma
təşəkkür bildiməyimlə yanaşı bəzi əlavə düşüncələrimi də ona və onun
oxucularına çatdırmaq istəyirəm.
Adətən tarixçilərin əsas qayəsi tarixi hadisələri
indiki siyasətin təsirindən ayırmaq olur. Bu yazıda Solmaz xanım ustalıqla əks
tədbir gördü – XX əsrin hadisələrini gerçək siyasət kimi canlandırdı. Yazıdan siyasi
sayıqlıq və məsuliyyət, tarixi uzaq görənlik və şəxsi cəsarətin o zamanlar ADR
rəhbərlərin fəaliyyətində bir biri ilə nə cür qovuşmasını tam təsəvvür etmək olur. Hərəkət liderlərin nə qədər
yetkin, siyasi zəka və vətən ideyasına sadiqliyini canlı şəkildə görürük.
Siyasətçinin tarix qarşısında məsuliyyəti keçmişi canlandırmaq
deyil, gələcəyi düşünməsi deməkdir, prioritet məqsədləri duymaq və onlardan
ötrü qabaqlayıcı tədbir görmək deməkdir, taktiki addımlarla strateji məqsədləri
vahid sistemə gətirmək deməkdir. Müstəqilliyimiz, dövlətimiz və paytaxtımız qəti
şəkildə qərarlaşmasını və gerçəkləşməsini gözləyirdi. Xəritədə bunların
qoyulmsından da çətin vəzifə, o dəyərlərin siyasi düşüncə və məsuliyyətli
siyasi addımlara daxil edilməsi olmuşdu. Nəticədə ilhaqçılar, Azərbaycançılar və
milli sosial-demokrat düşüncəli siyasətçilər vahid siyasi iradə ortaya qoydular
və müstəqil dövlətçiliyə birgə mövqe və səyləri ilə yol açdılar.
Müstəqilliyimizin nə qədər kövrək olmasını, ona dəstək
olmuş türk ordusunun Bakıdan cıxmasından sonra, paytaxtımıza daxil olmuş
Britaniya hərbi rəhbərliyinin bayrağımızı salmaqda görmək olar. İngilislərin
Bakıya 17 noyabr 1918 ildə gəlişlərindən 27 dekabrda Fətəli xan Xoyskinin hökmətinə
dəstək olmaqları haqqında general Tomsonun bəyanatına qədər Solmaz xanımın yazısında
qeyd edilmiş 40 gün ərzində Britaniya hərbi rəhbərliyin mövqesində dəyişikliyə
səbəb nə ola bilərdi?
Əlbəttə Denikinin gələcək məğlubiyyətinə dəlalət edən göstəricilər
bəlkə təcrübəli siyasətçilərin gözündən qaçmırdı, halbuku Denikin ordusunu
yaxın gələcəkdə hələ də müəyyən hərbi uğurlar gözləyirdi.
Rus generalın öz
xatirələrindən nəticə çıxarmaq olur ki, Azərbaycan höküməti rus icmasının
nüfuzlu və böyük hissəsini öz tərəfinə çəkə bilmişdi. Eyni zamanda erməni icması
və dəstələrinin iddialarının qarşısını almaqlarına baxmayaraq ADR hökümətinin onlara
qarşı bir vətəndaş olaraq yiyə durmağa hazır olmaqları da ingilislərə bəlli
oldu. Elə bu səbəblərdən general Tomson Azərbaycan üzərində qanuni hakimiyyət kimi Fətəli xan Xoyskinin hökümətini
tanıdığını bəyan etdi. Beləliklə Denikin ordusunun Azərbaycanı işğal etməsi təhlükəsi aradan
qalxdı, halbuki rus generalı öz xatirələrdində qeyd edir ki, Azərbaycanı tutmaq
onun üçün cox asan tədbir olacaqdı, lakin nəticədə Ağ hərəkatının əsas məqsədləri
təhlükə altında qalacaqdı. Bu təhlükənin onun üçün yaradan ADR hökümətinin 40
gün arzindəki nailiyyətləri oldu. Bu nailiyyətlər sırasında Denikinə qarşı
Gürcüstanla əməkdaşlıq haqqında saziş, və ən əsas müxtəlif yönlü siyasi elita
qrupların müasir millət zəminində bir birinə yaxınlaşması, vahid mühit
yaratması oldu.
Mən hətta cəsarət edib, deyərdim ki, bu mühitin
yaradılması ADR qoyduğu uzun müddətli dəyəri olan mirası idi. Bu mirasın olması
səbəbindən Nəriman Nərimanov cox calışdı ki, ADR-dan qalmış qüvvələri rus
bolşevik qəsbkarlağından xilas etsin, Vətənin xidmətində saxlasın. ADR-ın
Bakını paytaxt kimi qazanması Sovet ordusu gəldikdən sonra Nəriman Nərimanova
imkan verdi ki, S.Kirov və S.Orconikidzenin Bakını Rusiya Federasiyasına daxil
edilməsi planlarına son qoysun.
ADR və Fətəli xan
Xoyski hökümətinin bir başqa mühüm siyasət prinsipi və dəyəri də o idi ki, Cənubi
Qafqaz hökümətləri təhlükəsizlik problemlərini birgə həll etməli olsunlar. Bu
düşüncə ilə onlar Qərbdə özlərini müsbət tərəfdən tanıtdırdılar. Bu düşüncə
sahibləri kimi də A.Topçubaşı nümayəndəliyi ABŞ prezidenti Vudro Vilsonun xatirəsində
qaldılar. Demək lazımdır ki, Azərbaycan tarixi ilə maraqlanmağa başlayan Qərb
alimləri ADR rəhbərlərin və dövlət təcrübəsinin nə dərəcədə böyük nailiyyatlərə
sahib olmasını etiraf və təqdir edir və öz yazılarında qeyd edirlər. ABŞ Prinston
Universitetinin professoru Maykl Reynoldsun “Hope from
a Century Past: The Azerbaijan Democratic Republic, the First Parliamentary
Republic of the Muslim World” (https://www.fpri.org/article/2019/05/hope-from-a-century-past-the-azerbaijan-democratic-republic-the-first-parliamentary-republic-of-the-muslim-world/) və Fransada fəaliyyət göstərən gürcüstanlı
alim Giorgi Mamoulianın “Azerbaijan
and the Transcaucasian Democratic Federative Republic: historical reality and
possibility” (https://www.tandfonline.com/doi/full/10.1080/23761199.2020.1712901) son zamankı yazılarını göstərmək olar.
Ayrı duran məsələ
Xoyski hökümətinin bu geniş siyası qayğılar və məqsədlərə yönəlik addımlarını
qarşı tərəfin nə cür dərk etməsi, qəbul etməsi idi. Məlumdur ki, Fətəli xan
Xoyski Tiflisdə erməni terroçusu tərəfindən qətlə yetirilmişdir. Bu ondan mı xəbər
verir ki, Fətəli xan təcrübəsiz sadəlöv
düşüncəli siyasətçi imiş? Xeyr! O, prinsiplərinə dərin məsuliyyət və siyasi savad
və bacarıq sahibi, uzaq görən siyasətçi imiş. Müəyyən anti-bolşevik, Rusiya
iddialarına qarşı özünü göstərmiş siyasətçi, Qızıl ordunun daxil edilməsi ərəfəsində
Azərbaycanda siyasi səhnəni tərk edir, bolşeviklərin irəliləməsini saxlamaq
imkanı olmayan hökümətin onlarla ünsiyyat yaratmaq imkanı olan hökümət nümyəndələrinin
əl-qolunu sərbəst qoyur ki, uçuruma
apran prosesin quyruğunda deyil qabağında gedib müstəqil dövlət qatarını yana
cevirmək, qorumaq mümkün olsun. Bu insanlar dövlətimizin yaşanması üçün hər
şeyi – öz həyatlarını, ailə üzvlərinin təhlükəsizliyini, - qurban verməyə hazır idilər. Təkcə rus
yazıçısı O.V.Volkovun sürgün edilmiş sıravi musavatçılar haqqında xatirələrini
oxumaq kifayətdir ki, bu insanların daxili aləmi, dəyərləri və istirablarını dərk etmək mümkün
olsun. Bunların xatirəsi qarşısında baş əyirik! Onların məsləki ilə getməyə
çalışmalıyıq.
Prezidentimizin son bəyanatına gəldikdə isə, əvvəl onu
aydınlaşdırmalıyıq ki, onun sözlərini tarixi hadisələrin kontekstinə qoymaq yenə
də siyasətlə tarixin qarışdırmasına gətirir. Bu bəyanat Ermənistanla münasibətlərin
indiki siyasi durumu konteksintə şərh edilməlidir. Bu bizim araşdırma sahəmiz
olmasa belə, bəzi fikirləri bildirmək münasib olardı.
Təəssüflər olsun ki, Ermənistanın yeni baş nazirinin
son bəyanatları indiyə qədər cüzi olan sülh danışıqları nailiyyətlərinin də
üstündən xətt çəkməsi kimi dəyərləndirilir. Hətta Azərbaycanın kənarında da bəzi
şərhçilər bu bəyanatları Azərbaycana hərb etmək üçün hüquqi və mənəvi əsas verməsi
kimi hesab edirlər. Bir başqa hərbi araşdırma mütəxəssisləri ehtimal edilən hərbi
əməliyyatları təkçə Qarabağ hərbi teatrında deyil, bütün Ermənistanla sərhədlər
boyu aparılmasını hərbin məntiqə uyğun sayır və ehtimal edir. Hələlik siyasi
qarşıdurma kəskinləşməsi müşahidə edilir. Tarixi məsələlər, o cümlədən İkinci dünya
müharibəsi hadisələrinə müraciət edilir. Prezidentin sözləri iki məqsəd daşıya
bilər: Ermənistanı donmuş vəziyyətdə olan sülh danışıqlarına daha sağlam mövqe
ilə təkrar qaytarmaq, yaxud, eyni zamanda hərbi əməliyyatların iri miqyaslı
müharibəyə cevrilməsi haqqında xəbərdarlıq etmək.